Birləsmis Millətlər Təskilati Iranda yasayan Azərbaycan türklərilə bagli rəsmi açiqlama hazirlayir. Sənəd yaxin vaxtlarda təskilatin rəhbərliyi tərəfindən elan olunacaq. Bu barədə Strateжi Arasdirmalar Mərkəzinin (AzSAM) basçisi, Kanada azərbaycanlisi Aslan Xalidi dünən "Ekspress"ə eksklüziv müsahibəsində bildirib.
"Artiq BMT-də Güney Azərbaycan problemi gündəmə gəlməkdədir və təskilatin rəhbərləri bu məsələnin zərurətini anlayirlar", - Xalidi deyib.
Yeni sənəd əsasən Güney Azərbaycan türklərinin sayi və onlarin milli mücadiləsi ilə əlaqədardir. BMT bu məsələyə Iranda yasayan etnik millətlər kontekstindən baxmagi düsünür.
"Əgər 35 milyonluq azərbaycanlinin beynəlxalq səviyyədə taninma hüquqlari BMT sənədlərində təsdiqlənərsə, bu, Güneydəki milli hərəkat üçün mühüm qələbədir. Fars reжimi bunu yaxsi basa düsür və odur ki, sənədin qarsisini almaga, müxtəlif saxta rəqəmlər səsləndirməyə çalisir. Xaricdəki Iran lobbisi də bu siyasəti davam etdirir", - Xalidi bildirib.
Eyni zamanda, politoloqun fikrincə, Tehranin Birləsmis Millətlərə hər hansi "kənar təsiri" mümkünsüzdür. Belə ki, "BMT artiq agi-qaradan ayirmagi bacarir və bir çox Güney Azərbaycan təskilatlari bu təskilatla six təmasdadirlar".
Xalidi əmindir ki, BMT Güney məsələsini müzakirəyə çixararsa, bir çox dövlətlər bunu dəstəkləyəcək. O, beynəlxalq ictimaiyyəti 35 milyonluq azərbaycanlinin milli haqlarina qiymət verməyə çagirib.
"Nə qədər ki, ABS və Avropa dövlətləri Güney məsələsini arxa planda saxlayacaqlar, onlar Iranda heç nəyə nail ola bilməyəcəklər, - deyə "Oyanis"in basçisi bildirib. - Qərb yaxsi bilir ki, Iran reжiminin plani nədir və odur ki, koalisiya qüvvələri Güneylə hesablasmaq məcburiyyətindədirlər".
AzSAM-in məlumatina görə, hazirda ABS və digər bir sira dövlətlər güneylilərlə danisiq aparmaq üçün "hazirliq prosesini basa çatdirmaqdadirlar". Bu səbəbdən Xalidi Vasinqtonun Iranla bagli planlarinda Azərbaycan türklərilə əməkdasligi istisna etmir.
"Bircə bu bəllidir ki, hazirda bölgədəki sabitlik müvəqqətidir. Iran reжimi terrorçuluq siyasətini davam etdirir və belə səraitdə müharibə qaçilmazdir. Odur ki, güneylilər yaranmis vəziyyətdən bəhrələnmək üçün maksimum hazirlasmalidirlar", - deyə politoloq bildirib.
O, ABS-in Irana hücumundan sonra güneyliləri Iraq türkmənlərinin taleyi gözləməsi barədəki fikirləri qəbul etmir. Belə ki, "Kərkükdən fərqli olaraq, Güneydə iqtisadi və siyasi güc azərbaycanlilarin əlindədir".
Son vaxtlar Iranla Azərbaycan arasinda münasibətlərin istiləsməsinə toxunan Xalidi bunu "Bakinin xarici siyasətlə Güneydəki milli mücadilənin uygunlugunun nəticəsi" kimi dəyərləndirib.
"Tehran artiq anlayir ki, Ermənistanla əlaqələr onlari rgionda məhvə dogru aparir və odur ki, Iranin Azərbaycanla münasibətlərini istiləsdirməyə məcburdur", - deyə AzSAM-in basçisi bildirib.
Ələkbər RAUFOGLU
Hiç yorum yok:
Yorum Gönder