BMT-nin statistikasına görə İranda əhalinin ümumi sayının 40%-nı təşkil edən 30 milyon azərbaycan türkü yaşayır. Lakin, 80 ildir ki, onlar fars dilinin təsiri altında assimilyasiya siyasətinə məruz qalmaqdadırlar. Bu siyasəti davam etdirən molla hakimiyyəti son 28 ildə Azərbaycan türklərinin milli və mənəvi dəyərlər sistemini təhqir etməklə basqı altında saxlayıb və bu təhqirlər dövlət siyasəti səviyyəsində aparılıb. İran KİV, televiziya və radiolarda orada yaşayan Azərbaycan türkləri həmişə savadsız, cəmiyyətdə ən aşağı mövqe tutan təbəqə kimi göstərilib və alçaldılıb. Buna bir çox misallar gətirmək olar.Bölgədə və dünyada beynəlxalq terror şəbəkəsinin koordinasiya mərkəzi rolunu oynayan, “Şər üçbucağı”nın tərkib hissəsi olan, nüvə silahlarına malik olmaq istəyən molla rejiminin ölkə daxilində qeyri – fars millətlərin milli – mənəvi varlığının məhv edilməsi istiqamətində apardığı şovinist siyasət bu hadisələr zamanı Güney Azərbaycan milli fəallarına qarşı tətbiq erdiyi qeyri-insani davranışlarında bir daha üzə çıxdı. May – iyun hadisələrində öldürülən insanların bir çoxlarının cəsədi indiyədək ailələrinə qaytarılmayıb. Qaytarılan hər bir cəsəd üçün isə ailələrindən onların öz əcəli ilə ölmələri barədə yazılı iltizam və 2500 ABŞ dolları məbləğində güllə pulu alınıb.
Ən bariz nümunə isə 12 may 2006 – cı il tarixdə İran fars rejiminin rəsmi mətbuat orqanı sayılan ”İran” qəzetində azərbaycanlılara qarşı yönələn təhqiramiz karikatura və yazıdır. Rejimin növbəti təhqirinə etiraz əlaməti olaraq elə həmin tarixdə Güney Azərbaycan şəhərlərindəki universitetlərdə dinc aksiyalar başladı və 30 milyon azərbaycanlının milli və insani hüquqlarının bərpası ilə bağlı tələblər irəli sürüldü. Lakin, hakimiyyətin bu haqlı tələblərə heç bir reaksiya verməməsi etirazları daha da artırdı və Güney Azərbaycanın Təbriz, Urmu, Ərdəbil, Zəncan, Makı, Marağa, Sulduz, Xiyov, Tehran və digər şəhərləri etiraz aksiyalarına qoşuldular. Hakimiyyətin güc strukturlarının hərbi müdaxiləsi ilə dinc kütləvi etiraz aksiyaları amansızcasına yatırıldı və bizdə olan məlumatlara görə 92 nəfər öldürüldü, minlərlə insan yaralandı, 15 mindən çox insan tutularaq həbs edildi.
Ən bariz nümunə isə 12 may 2006 – cı il tarixdə İran fars rejiminin rəsmi mətbuat orqanı sayılan ”İran” qəzetində azərbaycanlılara qarşı yönələn təhqiramiz karikatura və yazıdır. Rejimin növbəti təhqirinə etiraz əlaməti olaraq elə həmin tarixdə Güney Azərbaycan şəhərlərindəki universitetlərdə dinc aksiyalar başladı və 30 milyon azərbaycanlının milli və insani hüquqlarının bərpası ilə bağlı tələblər irəli sürüldü. Lakin, hakimiyyətin bu haqlı tələblərə heç bir reaksiya verməməsi etirazları daha da artırdı və Güney Azərbaycanın Təbriz, Urmu, Ərdəbil, Zəncan, Makı, Marağa, Sulduz, Xiyov, Tehran və digər şəhərləri etiraz aksiyalarına qoşuldular. Hakimiyyətin güc strukturlarının hərbi müdaxiləsi ilə dinc kütləvi etiraz aksiyaları amansızcasına yatırıldı və bizdə olan məlumatlara görə 92 nəfər öldürüldü, minlərlə insan yaralandı, 15 mindən çox insan tutularaq həbs edildi.
Güney Azərbaycan milli hərəkatının fəallarına qarşı həbsxanada və müvəqqəti saxlama kameralarında işgəncələr verildiyi barədə məlumatlar rəsmi qaydada təsdiqlənməsə də, rejimin polis və ETTELAAT orqanları tərəfindən fiziki və pisxoloji işgəncələrə məruz qalan insanların çox çətinliklə də olsa yazdıqları məktublar və onlara tətbiq olunan işgəncələr haqqında digər mənbələrdən əldə olunmuş bir sıra dəqiq məlumatlar rejim numayəndələrinin soylədiklərinin tam əksini göstərir. Məlumatlar göstərir ki, son hadisələrlə əlaqədar 15 mindən cox insanın həbsi barədə ailələrinə məlumat verməməklə yanaşı, bir çox hallarda onlar haqqında seçilən müvəqqəti həbslər barədə məhkəmə qərarı da olmayıb. İndiyə qədər təhlükəsizlik orqanlarının və ETTELAAT-ın əməkdaşları basqın etdikləri ev və iş yerlərində axtarış aparmaq üçün heç bir məhkəmə qərarı təqdim etməyiblər.
Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakta görə azadlıqdan məhrum edilmiş bütün şəxslər insan şəxsiyyətinə xas olan humanist rəftar və ləyaqətə, hörmət edilməsi hüququna malikdir (maddə 10) . İranda isə milli və siyasi fəallara qarşı rejim məmurları tərəfindən amansızlıqla həyata keçirilən fiziki və psixoloji işgəncələr tətbiq olunur. Milli və siyasi fəallar pantürkizmi yaymaq, hakimiyyət əleyhinə təbliğat aparmaq, hakimiyyətdə olan şəxslərə qarşı sərt şüarlar səsləndirmək, xaricdə fəaliyyət göstərən təşkilatlarla əlaqələr qurmaq, xarici qüvvələrlə əməkdaşlıq, xarici dövlətlərə cəsusluq etmək və onların planlarını həyata keçirmək və s. kimi ittihamlarla işgəncələrə məruz qalırlar. Işgəncələr həm ilkin dindirilmələr zamanı, həm istintaq zamanı, həbsxanada olarkən və həm də buraxıldıqdan sonra da davam etdirilir. Məhkəmədə isə onlar ictimai asayişi pozmaq, dövlət və xüsusi əmlaka xəsarət yetirmək, dövlət məmuruna müqavimət göstərmək və s. bu kimi ittihamlar əsasında həbs olunur, cərimə edilirlər. Bununla bərabər onlar həm də şəriat qanunları ilə əsaslandırılan şallaqlanmaya məruz qalırlar. Bu cəza növü ağır fiziki işgəncə hesab edilir.
Ilkin dindirmələr zamanı və həbs müddətində insanların kürək və yan nahiyəsinə, baş və cinsiyyət orqanlarına , ayağın altına müxtəlif ölçülərdən ibarət şallaqlarla zərbələr vurulur. Ayağın altı şişdikdən və qanadıqdan sonra iti uclu dəmir daraqlarla yaraları deşərək, işgəncə olunan şəxsi yaralı ayaqlarla atılıb-düşməyə məcbur edirlər. Yaralı ayağı isti və duzlu suda saxlamaq, tapdamaq, dırnaqları cıxarmaq, və s. kimi işgəncə növləri iran zindanlarında adi hal kimi qəbul olunur.
Bundan başqa insanları qolu bağlı vəziyyətdə asılqandan asaraq şallaqlayır, xaça çəkir və qolun birini açılıb – örtulən qapıya bağlayaraq saatlarla bu vəziyyərdə saxlayırlar. Başlarına plastik torba keçirərək boğulmaq halına salınan insanlar da şallaqlanır, elektrikli dəyənək və əlcəklərlə döyülürlər. Işgəncə zamanı rejim məmurları siyasi fəallardan etiraflar almaq və onları əməkdaşlığa məcbur etmək üçün aşağıda sadalan ən ağır fiziki və mənəvi cəza növləri tətbiq edirlər: buruna, qulağa , sidik kanalına bərk cisimlər yeritmək, cinsiyyət orqanına ağırçəkili daş asmaq, onları sıxmaq, şamla yandırmaq, ağrıdan huşunu itirmiş şəxsin bədənin müxtəlif yerlərini iti uclu dəmir əşyalarla deşmək, bədəndə müxtəlif yaraların əmələ gəlməsi üçün dəri altına müxtəlif maye yeritmək, bədənin müxtəlif yerlərini siqaret və alışqanla yandırmaq, toxmaq, zəncir və digər ağır , bərk cisimlərlə bədənin müxtəlif yerlərinə xəsarət yetirmək, qol, ayaq, qabırğa sındırmaq, pilləkənlərdən itələmək, qulaqlara ağır zərbə vuraraq beyində küy yaratmaq və s. İnsanları uzun müddət istintaq və işgəncə altında saxlayaraq onları saatlarla oyaq qalmağa məcbur edirlər. Bu cür işgəncələr gecə saatlarında da davam etdirilir.
Digər tərəfdən həbsxanalarda şərait olduqca acınacaqlıdır. Onlarla məhbus dar, havasız , qaranlıq kameralarda saxlanılır. Keyfiyyətsiz və az miqdarda qida ilə təmin olunan bu insanlara ayaqyoluna getməyə icazə verilmir. Məsələn, Təbriz həbsxanasında 650 məhbus hər kamerada 115 həfər olmaqla 6 kamerada saxlanılırlar. Həbsxananın həyəti cəmi 350 kv.metrdir. 650 məhbus üçün cəmi iki hamam var və yuyunmaq üçün verilən 15 dəqiqə vaxt üçün müəyyən məbləğ ödəməlisən. İmkansızlıqdan bu məbləği ödəməyə bilməyənlər ora buraxılmırlar.
Bunun nəticəsidir ki, infeksion xəstəliklərə, müxtəlif dəri xəstəliklərinə yoluxmuş
məhbuslarla bir yerdə saxlanılan sağlam insanlar da qısa vaxt ərzində eyni xəstəliklərə yoluxurlar. Hər kamerada iki balaca nəfəslik var. Nəfəsliklər dəmir çərçivə və dəmir torla bağlandığından içəri havasız və rütubətlidir. Kif, nəm qoxusundan məhbuslarda göbələk, nəfəs yollarda xəstəliklər yaranır. Məhbuslar açıq havada səhər və axşam cəmi 2 saat olurlar və həyətdə adamların sıxlığından addımlamaq mümkün deyil. Görüş günləri səhər açıq havaya çıxmaq təxirə salınır. 4 ayaqyolundan cəmi 2 - si yararlıdır . Fiziki və psixoloji işgəncələrə məruz qalmaqla bərabər siyasi məhbusların əksəriyyəti belə ağır şəraitdə olan həbsxanalarda saxlamaqla həm də mənəvi işgəncə edilirlər.
Həmçinin, psixoloji təzyiq kimi ailəli şəxslər intim həyatlarını danışmağa məcbur edilir, onların üstünə sidik tökülür, onları işgəncə verən məmuru kürəkdə gəzdirməyə, müxtəlif heyvan səsləri cıxarmağa, özü-özünə təhqiredici şöyüşlər söyməyə məcbur edirlər. Məsələn, Muğan həbsxanasında işgəncə olunmuş və azadlığa buraxılmış bir neçə siyasi fəal öz ifadələrində göstərirlər ki, bizi tam soyunmağa məcbur edir, gözlərimizi, əl-qolumuzu bağlayaraq yerə yıxırdılar. Sonra da üzümüzə, bədənimizə sidik tökərək təhqir edirdilər. Eyni işgəncə üsulları Xiyov (Meşkin) və digər həbsxanalarda da tətbiq olunub. Xiyov həbsxanasında olan bir hərəkatçı məmurlar tərəfindən zorlanmaya məruz qalmış və bundan psixoloji şok keçirmişdir. Qanaxma vəziyyətinə çatdırılan bu şəxsə tibbi yardım göstərilməyib və bədənin həmin hissəsində çirklənmə gedib.
Milli fəallara təzyiq vasitəsi kimi onların yaxın adamlarının onların gözləri qarşısında incidir və yaxud səslərini dinlədirlər. Sepahe –pastaranın ETTELAAT idarəsinin təcridxanasında saxlanılmış və işgəncələrə məruz qalmış Cahanbəxş Bəxtavər həbsdə olan digər qardaşı Çingiz Bəxtavərin işgəncə olunan zaman lentə yazılmış səsini və ona qarşı uydurularaq oxunan ölüm hökmünü eşidən anda psixoloji sarsıntı keçirib və öz hərəkətlərini idarə etməyi belə itirib.
Itkin düşmüş şəxslərin axtarışı üçü polis və ETTELAAT orqanına müraciət edən ailələrə həmin şəxs barədə məlumarları olmadıqlarını deyirlər. Bunu da belə əsaslandırırlar ki, əgər bizim bu şəxs haqqında məlumatımız yoxdursa, deməli o şəxs ölüb.
Siyasi fəalların hər hansı işgəncələr haqqında ailələrinə məlumat verdikləri təqdirdə onları ən yaxın ailə üzvlərinin oğurlaması , tutulması, işgəncə edilməsi və öldürülməsi ilə təhdid edirlər. Mehdi Babayinin həyat yoldaşının beynəlxalq təşkilatlara ünvanladığı məktub buna sübutdur. O yazır : ETTELAAT məmurları
2 -3 gündən bir mənə zəng edib təkid edirlər ki, bu haqda heç kimə heç nə deməyim. Əks təqdirdə məni də tutacaqları ilə hədələyirlər.
Rejimin xüsusi xidmət orqanları və ETTELAAT məmurları həbs olunan şəxslərdən KİV – üçün siyasi və milli fəaliyyəti pisləmək və guya hərəkatın xarici dövlətlər tərəfindən maliyyələşdirilməsi ilə bağlı yalan ifadələr vermək tələb edirlər. Məsələn, əvvəlcə 10 gün ETTELAAT – ın Təbrizdəki Şimalbağ meydanında yerləşən müvəqqəti təcridxanasında işgəncə edilən və hazırda Təbrizdə siyasi məhbusların 5 – ci koloniyasında ağır vəziyyətdə olan Mehdi (Oktay) Babai göstərilən təzyiq və işgəncələrə baxmayaraq, televiziya kanallarına bu məzmunlu müsahibə verməyəcəyini bəyan edib. Eyni tələblər digər siyasi fəallara qarşı da qoyulub. Ancaq, onların hamısı bu tələbə boyun əyməyəcəklərini bildiriblər.
Milli fəalların səhhətlərində yaranmış problemlərə biganə münasibət göstərilir. Fiziki cəhətdən zəifləyən bi insanlar adi tibbi müayinədən belə məhrumdur. Xüsusilə də ağır xəstəlik keçirən, ürək, böyrək xəstəliyindən əziyyət çəkən və diyalizə ehtiyacı olanlara qarşı qəddarlıq nümayiş etdirilir .
Həbs olunan şəxslərin digər ailə üzvləri ilə əlaqə saxlamaq və yazışmalar aparmaq hüququnu məhdudlaşdırması, onlarının adlarının qeydə alınmaması, dindirilmədə iştirak edən şəxslərin adları və dindirmə prosesinin vaxtı barədə qeydlərin aparılmaması, tutulub saxlanılanlara həkim, vəkil və ailə üzvləri ilə görüş imkanının məhdudlaşdırılması və hətta yaşlı nəslin fars dilində danışa bilməmələrini bildikləri halda onların görüş zamanı bu dildə danışılması tələbi azərbaycanlıları təhqir etməklə yanaşı, bu davranışlar həm də beynəlxalq konvensiyalarda nəzərdə tutulmuş standartların minimununa da cavab vermir.
Hələ də qeyri – qanuni zindanda saxlanılan hərəkatçıların böyük əksəriyyətinin yerləri tez-tez dəyişdirilir, onlar ailələrindən uzaq, müxtəlif şəhərlərdəki həbsxanalara göndərilir, tanınmış siyasi və milli fəallar təhlükəli və cinayətkar məhbuslarla bir yerdə saxlanılır, onları yoluxucu xəstəliyə tutulmuş məhbusların kameralarına salmaqla müxtəlif xəstəliklərə yoluxdururlar. Belə ki, bir çox milli fəallarımiz müxtəlif yoluxucu xəstəliklərdən əziyyət çəkirlər.
Onlardan bir çoxlarının isə müvəqqəti saxlanma təcridxanalarında qeyri-qanuni olaraq həbsdən artıq müddətdə saxlandıqları məlumdur. Bu hərəkatçılara işgəncə verilməsi halları davam etməkdədir. Ağır işgəncələr altında öldürülənlərin cəsədləri gecə saatlarında çaylara , şəhərin ayrı-ayrı məhəllərinə, zibilliklərə atılır ki, əksər hallarda onların şəxsiyyətini müəyyənləşdirmək mümkün olmur. Bu faktı demək kifayətdir ki, Təbrizdə Elgölü adlanan göldən tapılmış 5 cəsəddən yalnız ikisinin şəxsiyyəti məlumdur. Onlardan biri təbriz sakini 18 yaşlı Behzad Səbuhinijaddır ki, onun qarnına daş bağlayaraq gölə atmışlar. Onun dişləri təmamılə sındırılıb, ayaq və qol sümükləri sındırılaraq ətdən ayrılıb, sifəti parçalanaraq tanınmaz hala salınıb. Bu şəxsin ailə üzvlərinə xəbərdarlıq edilib ki, bu barədə xarici mətbuata hər hansı məlumat verilərsə onları da bu aqibət gözləyir. Digər 3 nəfərin şəxsiyyəti barədə məlumat əldə etmək mümkün olmayıb.
Güc strukturlarının hərbi müdaxiləsi zamanı yaralanan insanlar həbs olunmaqdan çəkinərək xəstəxanalara müraciət edə bilməyiblər. Bu da öz – özlüyündə bəzi hallarda acı nəticələrə gətirib çıxarıb. Belə ki, 23 may 2006 – cı il tarıxdə aksiya zamanı xüsusi təyinatlı qüvvələrin hücumuna məruz qalmış Urmu şəhər sakini Eyvaz Səyyahiyə lazımi tibbi yardım göstərilməsi mümkün olmadığına görə ev şəraitində müalicə olunduğundan aldığı xəsarət nəticəsində 2 gündən sonra həyatını dəyişib.
Azad olunan şəxslər çox ağır şərtlərlə müvəqqəti azadlığa buraxılırlar. Onlarla əvvəlcədən hazırlanmış müsahibələr aparılır, onlara qarsı heç bir təzyiq edilmədiyi barədə məcburi iltizam alınır, azadlığa çıxmaq üçün nəğd pul və yaxud daşınmaz əmlakın girov qoyulur, külli miqdarda cərimə tələb edilir.
Bu kimi şərtlər altında müvəqqəti azadlığa çıxdıqdan sonra da onlara qarşı münasibət əvvəlkindən heç nə ilə fərqlənmir. Onlar hər həftə özləri haqda ETTELAAT- a məlumat verməlidirlər. Həmin vaxt da onlara qarşı fiziki və psixoloji təzyiqlər göstərilir. Hazırda buraxılan şəxslərin bütün fəaliyyətləri nəzarət altındadır . Onların telefon danışıqları dinlənilir , gələcək ittihamlar üçün yazılaraq saxlanılır. Aldığımız məlumatlara görə bəzi fəalların evlərində gizli kamera və dinləmə cihazları quraşdırılıb və onların özəl həyatları lentə alınır və dinlənilir.
ETTELAAT məmurları buraxdıqları şəxslərdən onlarla əməkdaşlıq etmələrinə razılıq vermələrini tələb edir .Əks təqdirdə onların sakit yaşamalarına imkan verməyəcəkləri ilə hədələyirlər. Bu şəxslərə hər hansı mədəni, ictimai yığıncaqlarda iştirak etmək, digər fəallarla təmasda olmaq, uzaq yerlərə, xüsusilə də sərhəd bölgələrinə səfərə çıxmaqla bağlı qadağa qoyulub.
Hazırda buraxılan şəxslər üçün daha bir təhlükə mövcuddur. Onlar ya oğurlanır, ya yoxa çıxır və ya güya qəza nəticəsində ölürlər. bütün bu kimi qədar və insanlıqdan uzaq davranıçlar göstərir ki ,fars şovinist rejimi Güney azərbaycanda kütləviləşmiş milli hərəkatı boğmaq və susdurmaq istəyir. Lakin, rejim milli hərəkat fəallarına qarşı zorakılıqlar - qanunsuz həbslər, amansız işgəncələr həyata keçirsə də, Güney Azərbaycan türkünün milli müqavimət gücünü sındırmaq iqtidarında olmadığınl anlamış oldu. Təkcə bu fakt yetər ki, həbs olunan 15 min insandan bir nəfəri belə rejimin saxta etiraf alma planına boyun əymədi. Bu da milli hərəkatın zəngin milli - mənəvi kökdən qidalandığını göstərir.
Biz, Heç kəsin işgəncəyə və ya qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə məruz qalmamalı olduğunu bəyan edən müxtəlif beynəlxalq sənədlərə, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində elan edilmiş prinsiplərə istinad edərək Güney Azərbaycanda həbs olunanlarla bağlı işgəncələrə və digər qəddar, qeyri-insani, ləyaqəti alçaldan davranış və cəza növlərinə son verilməsini və beynəlxalq qurum və təşkilatların bu məsələyə münasibət bildirməsini istəyirik.
Iran adlanan ölkədə məhbusların şikayətlərinin araşdırılması üzrə müstəqil mexanizmlər olmadığından, bu məsələ ilə Işgəncələrə dair şikayətlərlə məşğul olan müstəqil tərəfsiz beynalxaq təşkilatların ekspertləri məşğul olmalıdırlar.
Bunun üçün beynəlxalq səviyyədə Güney Azərbaycanda İşgəncələrə qarşı Xüsusi Məruzəçisi olan ekspert qrupu formalaşdırımalı, bu ekspert qrupu tərəfindən orada baş verən işgəncələr və işgəncə kimi qiymətləndirilən həbs şəraiti hərtərəfli və obyektiv şəkildə araşdırılmalı, BMT və digər beynəlxalq təşkilatlara məruzə hazırlamalıdır.
Azerbaijan Strateji Arashdirmalar Merkezi AzSAM yetgilisi Sadiq Isabeyli
http://az-sam.blogspot.com/2008/03/sadiq-isabeyli-gaip-in-azerbaycan-zre.html
Bunun üçün beynəlxalq səviyyədə Güney Azərbaycanda İşgəncələrə qarşı Xüsusi Məruzəçisi olan ekspert qrupu formalaşdırımalı, bu ekspert qrupu tərəfindən orada baş verən işgəncələr və işgəncə kimi qiymətləndirilən həbs şəraiti hərtərəfli və obyektiv şəkildə araşdırılmalı, BMT və digər beynəlxalq təşkilatlara məruzə hazırlamalıdır.
Azerbaijan Strateji Arashdirmalar Merkezi AzSAM yetgilisi Sadiq Isabeyli
Hiç yorum yok:
Yorum Gönder