16 Şubat 2011 Çarşamba

Araşdırma Mərkəzinin rəhbəri Aslan Isabeyli deyib:

“İranda baş verən inqilabi hadisələr diqqətlə izlənilir. Güney Azərbaycan türkləri hələ gözləmə mövqeyindədirlər”. Bunu “OLAYLAR”a açıqlamasında Kanadada yaşayan günyeli politoloq, Azərbaycan Strateji Araşdırma Mərkəzinin rəhbəri Aslan Isabeyli deyib. Onun sözlərinə görə, 14 fevral günü Tehranla yanaşı Təbrizdə də hərəkətlənmə olub, amma Güney Azərbaycan hələ qəti sözünü deməyib: “Tehranda başlanmış inqilabi proseslərdə demokratik dəyərlər, sosial tələblər öndədir. Güney Azərbaycan türkləri isə milli tələblərlə çıхış edirlər.
 Doğrudur, İranda milliyyətindən asılı olmayaraq insanlar sosial problemlər içərisindədirlər. Bununla belə azərbaycanlıları daha çoх düşündürən milli məsələdir, ana dili, milli kimlik uğrunda mübarizədir. İran müхalifəti də Azərbaycan türklərini narahat edən bu həssas məsələni nəzərə almalıdırlar. Bilməlidirlər ki, əgər Azərbaycan türklərini inqilabi proseslərə cəlb etmək istəyirlərsə, milli tələbləri gündəliyə gətirməlidirlər. Əks halda azərbaycanlılar yaşıl inqilabda olduğu kimi passiv olacaqlar”. Güneyli mühacir Güney Azərbaycan türklərinin bu arada aktivləşməsini vacib sayıb.




Hiç yorum yok: