20 Ocak 2015 Salı

"Azərbaycan diasporu 2015-ci ildə böyük uğurlar əldə edəcək"

Azərbaycan, Bakı, 30 dekabr /Trend, müxbir İlkin İzzət/
Azərbaycan diasporu 2015-ci ildə böyük uğurlar əldə edəcək. Trend xəbər verir ki, bunu Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin (ASAM) Kanada üzrə nümayəndəsi Aslan İsabəyli Bakıda jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycan diasporu hazırda bütün dünyada Azərbaycan həqiqətlərinin yayılması ilə bağlı geniş fəaliyyət göstərir.
A.İsabəylinin fikrincə, diasporumuz 2015-ci ildə qondarma “erməni soyqırımı”nın 100 illiyini qeyd etməyə hazırlaşan ermənilərə qarşı böyük uğurlar əldə edəcək:
“Ermənilər qondarma “erməni soyqırım”ının 100 illiyini qeyd etməyə hazırlaşırlar. Onlar Azərbaycanla bağlı dünyaya yanlış məlumatlar yayırlar. Bir sözlə, xristianlığa qara ləkə olan ermənilər xristian adından sui-istifadə edərək qonşu dövlətlərə, xüsusilə də Azərbaycana qarşı ədalətsiz mövqedən çıxış edirlər. Amma Azərbaycanın qarşısına qoyduğu siyasi strategiya nəticəsində biz 2015-ci ildə ermənilərin xarici dövlətlərdə qarşılarına qoyduğu pafoslu çıxışlarını vurub məhv edəcəyik. Çünki bizim başladığımız yol doğru yoldur. Azərbaycan diasporu işlərini demokratik dəyərlər çərçivəsində görür. Demokratik prinsipləri nəzərə alaraq, biz 2015-ci ildə böyük uğurlar əldə edəcəyik”.
Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

24 Eylül 2012 Pazartesi

Aslan Isabeyli: Molla rejimi Azerbaycanin daxili islerine qarisir.


دامه تبلیغات ضد ایرانی در جمهوری آذربایجان / لزوم پاسخ‌دهی به سیاست ضد ایرانی باکو
خبرگزاری فارس: در دومین کشور شیعه دنیا تبلیغات علیه کشور و نظام ایران بیش از کشورهای غیر اسلامی است به گونه‌ای که هر هفته شاهد برگزاری نشست‌های ضد ایرانی هستیم
به گزارش خبرنگار خبرگزاری فارس در باکو، در ادامه تبلیغات ضدایرانی رسانه های جمهوری آذربایجان این‌بار نشست های تبیین ایران ستیزی در تجریه های خبری این رسانه ها برگزار می‌شود.

در همین راستا در نشست خبری خبرگزاری ترند جمهوری آذربایجان سرپرست مرکز پژوهش‌های راهبردی آذربایجانی‌ها  ادعا کرد ایران نزدیک به 4 هزار نفر از دانش آموختگان و طلاب آذری که در ایران آموزش دیده اند، از سال 1991به این سو  در حال اخلال‌گری علیه نظام لائیک و مصالح ملی دولت آذربایجان است.

"اصلان خالدی" ایرانی تبار که در کانادا بسر می‌برد، گفته است که این اشخاص هنگام خاتمه تحصیل در ایران سوگند یاد می‌کنند برای صدور پیام انقلاب اسلامی، ایدئولوژی و گفتمان خمینی گرایی و اصول و احکام تشیع در جمهوری از هیچ کوششی دریغ نکنند.

وی همچنین مدعی شده است شبکه "سحر" نیز با برخورداری از حمایت کامل نهادهای ایرانی مبادرت به تهیه و پخش اخبار و مطالبی مغایر با سیستم مدیریت لائیک و اصول و مبانی دولتمداری در این کشور می کنند.

این وطن فروش غافل از این است که فعالان اسلامگرا به جرم جمع آوری، تهیه، کسب و ارائه اطلاعات حائز اهمیت حیاتی و راهبردی درباره کشورشان به "اطلاعات"ایران، اقامه فراخوان براندازی نظام حاکم بر آذربایجان و کشف اسلحه و مهمات در محل‌کار و سکونتشان بازداشت و به حبس دراز مدت محکوم می شوند. 

گفتنی جمهوری آذربایجان و ایران مشترکات زیادی از جمله تاریخی، فرهنگی ، مذهبی دارند حتی تا سال 1828میلادی
(تا معاهده ننگین ترکمنچای) کشور و دولت مشترکی داشتند تبلیغات ضد ایرانی در این کشور بیش از زمان شوروی شده است. 

جمهوری اسلامی ایران از اوایل سال 2010 میلادی برای اتباع آذربایجان ویزا را لغو کرده و از طرق مختلف از دولت باکو  اقدام متقابل را خواست ولی مقامات کشور آذربایجان بهانه تراشی می کنند.

متاسفانه جمهوری آذربایجان در پی فشارهای لابی صهیونیستی سیاست ضد دینی خود را در سال‌های اخیر تشدید کرده است و در این راستا اتهامات زیادی را علیه ایران به جامعه خود تزریق می کند، حتی در اعمال تحریم‌ها علیه ایران گوی سبقت را اروپایی‌ها ربوده است. 

همچنین با اتباع ایرانی مقیم باکو رفتار مناسبی صورت نمی گیرد و ایرانیان با محدودیت هایی مواجه هستند. اخیرا نیر نماینده صدا و سیمای جمهوری اسلامی ایران را اخراج کرد. 

به نظر می رسد با انفعال دستگاه دیپلماسی در قبال تحرکات این جمهوری، دولت باکو بر فضای ضد ایرانی خود تشدید خواهد کرد که می طلبد نهادهای ایرانی غیر از دستکاه دیپلماسی مانند کمیسیون امنیت ملی مجلس شورای اسلامی تدابیر محکم‌تری اتخاذ کن. 

انتهای پیام/ق 

27 Temmuz 2011 Çarşamba

Ancaq hələ görüləsi çox iş var, səmərəli fəaliyyət göstərmək üçün güclü təşkilatlanmaq lazımdır.

Hazırda dünyanın müxtəlif ölkələrində 416 Azərbaycan diaspor təşkilatı fəaliyyət göstərir ki, onların 100-dən çoxu Dünya azərbaycanlılarının II qurultayından sonra yaradılıb. Artıq uzaq ölkələrdə də Azərbaycan icmaları yaradılır, fəaliyyət göstərən ayrı-ayrı cəmiyyətlərin vahid mərkəzdə birləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilir. Ancaq hələ görüləsi çox iş var, səmərəli fəaliyyət göstərmək üçün güclü təşkilatlanmaq lazımdır.
Aslan Xalidi 2004-cü ildən Kanadada diaspor fəaliyyəti ilə məşğuldur. Oradakı Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin (QHT) rəhbəridir. Bəs o, bu barədə nə düşünür? 
- Mən III qurultayın keçirilməsini dünya azərbaycanlılarının bayramı hesab edirəm. Prezident İlham Əliyevin bu qurultaydakı çıxışı xaricdə yaşayan azərbaycanlılar üçün çox ciddi mesaj idi. Dünyada diaspor fəaliyyəti göstərən azərbaycanlıların bir-birilə əlaqəsinə birbaşa münasibət bildirdi, nöqsanlara toxundu və bizdən mövcud nöqsanların həllini istədi. Çünki bizim bir-birimizlə sıx əlaqələrimiz, bir-birimizə anlayışla, hörmətlə yanaşmamız, ölkəmizin daxili və xarici siyasətinin uğurudur, diasporumuzun inkişafıdır.
Ölkə rəhbəri, eyni zamanda, qarşımızda mühüm vəzifələr qoydu. Dedi ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin tezliklə həlli Azərbaycan dövləti ilə yanaşı, bütün həmvətənlərimizin qarşısında mühüm vəzifə kimi durur. Ürəyi vətən sevgisi ilə döyünən dünya azərbaycanlıları bu istiqamətdə öz səylərini gücləndirməli, problemin mahiyyətini xarici ölkələrin hökumətlərinə və ictimaiyyətinə, beynəlxalq təşkilatlara çatdırmaq üçün daha məqsədyönlü fəaliyyət göstərməlidirlər. Ermənilər həmişə türklərə, azərbaycanlılara qarşı soyqırımı siyasəti aparmışlar. Keçmişdə də belə olub, yaxın tariximizdə də. Xocalı soyqırımı dediklərimizə bariz misaldır. 
- II qurultaydan 5 ilə yaxın vaxt keçir. Bu müddət ərzində Kanadada diaspor sahəsində hansı irəliləyişlərə nail olmusunuz, təşkilatlanma necə aparılır? 
- Mən 2003-cü ildən sonra Kanadaya getdim və orada Azərbaycan diasporunun yaranması və inkişafı ilə bağlı fəaliyyətə başladım. Həmin illərdə təkcə Kanada da deyil, başqa ölkələrdə də vəziyyət qənaətbəxş deyildi, pərakəndə şəkildə yeni icmalar yaranırdı, fikir uyğunluğu yox idi. Erməni lobbisi Kanada mətbuatında Azərbaycana qarşı kampaniyalar aparırdı. Adekvat cavab lazım idi. Biz özümüzü səfərbər etdik. Nəticədə keçən müddət ərzində vəziyyət çox dəyişib, indi güclü təşkilatlanma mərhələsini keçirik. 

16 Şubat 2011 Çarşamba

Araşdırma Mərkəzinin rəhbəri Aslan Isabeyli deyib:

“İranda baş verən inqilabi hadisələr diqqətlə izlənilir. Güney Azərbaycan türkləri hələ gözləmə mövqeyindədirlər”. Bunu “OLAYLAR”a açıqlamasında Kanadada yaşayan günyeli politoloq, Azərbaycan Strateji Araşdırma Mərkəzinin rəhbəri Aslan Isabeyli deyib. Onun sözlərinə görə, 14 fevral günü Tehranla yanaşı Təbrizdə də hərəkətlənmə olub, amma Güney Azərbaycan hələ qəti sözünü deməyib: “Tehranda başlanmış inqilabi proseslərdə demokratik dəyərlər, sosial tələblər öndədir. Güney Azərbaycan türkləri isə milli tələblərlə çıхış edirlər.
 Doğrudur, İranda milliyyətindən asılı olmayaraq insanlar sosial problemlər içərisindədirlər. Bununla belə azərbaycanlıları daha çoх düşündürən milli məsələdir, ana dili, milli kimlik uğrunda mübarizədir. İran müхalifəti də Azərbaycan türklərini narahat edən bu həssas məsələni nəzərə almalıdırlar. Bilməlidirlər ki, əgər Azərbaycan türklərini inqilabi proseslərə cəlb etmək istəyirlərsə, milli tələbləri gündəliyə gətirməlidirlər. Əks halda azərbaycanlılar yaşıl inqilabda olduğu kimi passiv olacaqlar”. Güneyli mühacir Güney Azərbaycan türklərinin bu arada aktivləşməsini vacib sayıb.

10 Şubat 2011 Perşembe

Bu açıqlama ilə güneyli mühacir Aslan Isabeyli çıхış edib.

Aslan Isabeyli: "Onlar istəyir ki, Azərbaycan dini lideri öz adamları olsun""İranın Ali Dini rəhbərliyi Bakıda fəalliyyət göstərən dini qurumların işinə müdaхilə etmək istəyir". Bu açıqlama ilə güneyli mühacir Aslan Isabeyli çıхış edib. Aslan Isabeyli "Xalidi" bildirib ki, İran hakimiyyəti Qafqaz Müsəlmanları İdarəsinin fəalliyyətindən narazıdır: "Onlar istəyir ki, bu qurumun başında molla rejiminin tarşırıqlarını sözsüz yerinə yetirən şəхslər olsun. Qumda oхumuş adamlardan ayətullahlar təyin etmək və Azərbaycan dindarlarını onların əlilə yönləndirmək istəyirlər". Güneyli mühacir deyib ki, yaхın günlərdə İranın Ali Dini rəhbərliyi QMİ-nin ləğvini tələb edəcək. Bu məsələ artıq dini rəhbərlikdə müzakirə olunub. 

4 Şubat 2011 Cuma

Güneylilər İranın təxribat cəhdlərindən narahatdır

Aslan Xalidi: "Azərbaycanlı gənclər İranda dini təhsil adı altında hərbi təlimlərə cəlb olunur"

"İran İslam Respublikasının Azərbaycandakı əlaltılarının təxribat cəhdləri güney azərbaycanlıları narahat edir". Bunu Kanadada yaşayan güney azərbaycanlı mühacir, "Azərbaycan Strateji Araşdırmalar Mərkəzi" adlı qeyri-hökumət qurumunun rəhbəri Aslan Xalidi keçirdiyi mətbuat konfransında deyib.

Aslan Xalidinin fikrincə, Azərbaycanda dünyəvi dövlət və təhsil əleyhinə çağırışlar edən dindarların arxasında İran dayanır. 1991-ci ildən İran xüsusi xidmət orqanlarının Azərbaycanda təxribatlar həyata keçirdiyini deyən A.Xalidinin sözlərinə görə, İran Azərbaycanda İsrail, ABŞ və digər dövlətlərə qarşı çıxa biləcək qüvvə hazırlayıb.http://www.ekspress.az/2011/01/29/get=31713