Aslan Xalidi: "Azərbaycanlı gənclər İranda dini təhsil adı altında hərbi təlimlərə cəlb olunur"
"İran İslam Respublikasının Azərbaycandakı əlaltılarının təxribat cəhdləri güney azərbaycanlıları narahat edir". Bunu Kanadada yaşayan güney azərbaycanlı mühacir, "Azərbaycan Strateji Araşdırmalar Mərkəzi" adlı qeyri-hökumət qurumunun rəhbəri Aslan Xalidi keçirdiyi mətbuat konfransında deyib.
Aslan Xalidinin fikrincə, Azərbaycanda dünyəvi dövlət və təhsil əleyhinə çağırışlar edən dindarların arxasında İran dayanır. 1991-ci ildən İran xüsusi xidmət orqanlarının Azərbaycanda təxribatlar həyata keçirdiyini deyən A.Xalidinin sözlərinə görə, İran Azərbaycanda İsrail, ABŞ və digər dövlətlərə qarşı çıxa biləcək qüvvə hazırlayıb.http://www.ekspress.az/2011/01/29/get=31713
"Bu məqsədlə 1991-ci ildən etibarən Azərbaycandan bəzi gənclər qanunsuz olaraq İrana aparılıb və dini təhsil adı altında hərbi təlimlərə cəlb olunub. O zaman təxminən 4 minə yaxın azərbaycanlı gənc təhsil almaq adı ilə İrana aparılmışdı".
Xaricdə erməni-fars lobbisinin bir yerdə fəaliyyət göstərdiyini deyən Xalidi təəssüflə bildirib ki, Azərbaycanda İranın maraqlarını müdafiə edən həmin dindarlar bir dəfə də olsun İran səfirliyinin qarşısında aksiya keçirməyiblər. "Onlar heç vaxt Ermənistanla bu ölkə arasında sıx münasibətlərə etiraz etməyə cəhd göstərməyiblər".
Hiç yorum yok:
Yorum Gönder