Kanadada yaşayan mühacir sensasion məlumatlar açıqladı
Kanadada yaşayan güney azərbaycanlı mühacir, “Azərbaycan Strateji Araşdırmalar Mərkəzi” adlı qeyri-hökumət qurumunun rəhbəri Aslan Xalidi mətbuat konfransı keçirib.
APA-nın məlumatına görə, Aslan Xalidi bildirib ki, İran İslam Respublikasının Azərbaycandakı əlaltılarının təxribat cəhdləri güney azərbaycanlıları narahat edir. O qeyd edib ki, Azərbaycanda dünyəvi dövlət və təhsil əleyhinə çağırışlar edən dindarların arxasında İran dayanır: “1991-ci ildən İran xüsusi xidmət orqanları Azərbaycanda təxribatlar həyata keçirir. İran Azərbaycanda İsrail, ABŞ və digər dövlətlərə qarşı çıxa biləcək qüvvə hazırlayıb.
http://www.musavat.com/new/Gündəm/93706-4_MİN_AZƏRBAYCANLI_İRANDA_GİZLİ_TƏLİM_KEÇİB
Bu məqsədlə 1991-ci ildən etibarən Azərbaycandan bəzi gənclər qanunsuz olaraq İrana aparılıb və dini təhsil adı altında hərbi təlimlərə cəlb olunub. O zaman təxminən 4 minə yaxın azərbaycanlı gənc təhsil almaq adı ilə İrana aparılmışdı. Xaricdə erməni-fars lobbisi bir yerdə fəaliyyət göstərir. Təəssüf ki, Azərbaycanda İranın maraqlarını müdafiə edən həmin dindarlar bir dəfə də olsun İran səfirliyinin qarşısında aksiya keçirməyiblər. Onlar heç vaxt Ermənistanla bu ölkə arasında sıx münasibətlərə etiraz etməyə cəhd göstərməyiblər”.
APA
http://www.musavat.com/new/Gündəm/93706-4_MİN_AZƏRBAYCANLI_İRANDA_GİZLİ_TƏLİM_KEÇİB
Hiç yorum yok:
Yorum Gönder